- 1.5 AZN/шт - от 5000 шт
- 2.1 AZN/шт - от 5000 шт
BOSSON Mosaic
“Bosson” MMC tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra fəaliyyətlər həyata keçirən şirkətdir. Fəaliyyətinə ilk dəfə 1995-ci ildə inşaat materiallarının pərakəndə satışı üzrə başlamışdır. “Bosson” istehsal etdiyi bütün məhsullara zəmanət , keyfiyyət və etibarlılıq prinsipi ilə yanaşır. Məhsullarını ispan texnologiyası əsasında müasir avadanlıqlarla istehsal edir. Şirkət Azərbaycanda ilklərin sahibidir: Azərbaycnda ilk dəfə 3D hovuz inşası ilə elastik izolyasiya qatlı dekorlu mozaikanı döşəməyə vuraraq, bir yeniliyə imza atmışdır. Bununla da, şirkət ölkədə müvəffəqiyyətli biznes nümunəsini nümayiş etdirir. “Bosson” yarandığı vaxtdan bəri istehsal etdiyi məhsullarla öz profili üzrə ölkənin ilk mozaika-dizayn şirkətlərindən biridir.
Fəaliyyət göstərdiyi illər ərzində daxili bazarda münasib qiymətlərlə tikinti materiallarının satışı üzrə yüksək nailiyyətlər əldə edib. “Bosson” MMC 2005-ci ildə Azərbaycanda xarici mozaikaların idxalına başlamış və daxili bazarın mozaikaya olan tələbatlarının ödənilməsində əvəzsiz mövqe tutmuşdur. Keyfiyyəti ilə getdikcə alıcı etibarı qazanan şirkətimizin fəaliyyət sahəsi daha da genişlənmiş və üzlük mozaika daşlarının istehsalına başlamışdır. İstehsal və tikinti sahəsində qazandığımız bütün uğurlarımız şirkətimizin yüksək ixtisaslı, təcrübəli və peşəkar işçi kollektivinə sahib olmasının göstəricisidir.
“Bosson” öz məhsullarını “ISO 9001:2008”, “AZS”, “TSE” standartlarına uyğunlaşdıraraq istehsal edir. Şirkətimizin sürüşməyə davamlı (anti slip) mozaika modelinin istehsalına başlaması mozaika daşlarının növ sahəsinin şaxələnməsinə yeniliklər gətirmiş və bu yenilik daxili və xarici bazarlarda böyük maraqla qarşılanmışdır.
Şirkətimiz aşağıda göstərilən sahələr üzrə fəaliyyət göstərməkdədir:
· Mozaikaların satışı
· Mozaikaların istehsalı
· Hovuzların tikintisi, texniki xidmət və təmiri
· Mənzillərin tikintisi və təmiri
· Aqua parkların tikintisi və təmiri
· Türk hamamlarının tikintisi və təmiri
· Buxar otaqlarının tikintisi və təmiri
· Hovuz aksessuarlarının satışı
· Səyyar usta xidmətləri və s.